Главная » 2013 » Май » 8 » MÜQƏDDƏSLƏRDƏN DƏYƏRLİ SÖZLƏR
18:38
MÜQƏDDƏSLƏRDƏN DƏYƏRLİ SÖZLƏR


-Çox kitab oxuyan Tanrını axtarmağa davam edəcək, amma çox dua edən və bunu yaşayan Allahı tapacaqdır.

-Dua ən güclü silahdır və Tanrının qəlbini açan açardır.

-Unutma, Şeytanın ruhuna girəbiləcəyi tək bir qapı vardır: "öz istəklərin”. Başqa məlum və gizli qapı yoxdur.

-Mən bilirəm ki dünya günəşsiz olaraq qala bilər, amma Evxaristiyasız yox, buna əminəm.

-Cəsur ol, qüsursuz kim var ki?  Yaxşı niyyət və istək ilə yaxşılaşa bilərsən. (Müqəddəs Padre Pio)

-Allah insanlara, Ona düzgün uzanaraq dua edən sevgi dolu əlləri, çox mühüm bir alət olaraq vermişdir. Dua edən əllər, sevən əllərdir. Sevən əllər, yardım edən əllərdir. Sənin sevgi ilə Ona doğru uzatdığın əllərin, Rəbbə bir körpüdür. Bu körpünün nə başlanğıcı nədə sonu vardır, bütün sərhədləri aşar, dözümlü və sağlamdır, çünki Rəbbə yönəlmişdir və Rəbbdir bunu bizə inşa etməyi öyrədən. Rəbb, Sənə təşəkkür edirəm. (Avilalı Tereza)

Tanrının iradəsinə tabe olmaq və onun bizim həyatlarımız üçün etdiyi planı qəbul etmək, ruhi rahatlığı özüylə gətirir. Alın yazısını bir tərəfə qoyub, yaşayan Atamızın bizi çox sevdiyini və hamımızın arzuları və bacarıqları istiqamətində Tanrının evində bir yerimiz olduğunu unutmayaq.

"Keçmişi Tanrının mərhəmətinə, indiki zamanı itaətkarlığımıza və gələcəyimizi isə Tanrının iradəsinə həvalə etməliyik”. (Aziz Francis De Sales)

"Bizim mükəmməlliyimiz, sevən Tanrımızı sevməkdən, Tanrı sevgisinin mükəmməlliyi, bizim istəklərimizin Onun istəkləri ilə birliyindən meydana gəlir. Tanrıya təqdim edəcəyimiz ən böyük tərif, Onun həyatlarımız üçün etdiyi planları qəbul etməkdir”. (Aziz Alfonso Liguori)

"Tanrının bizim üçün lazım bildiyi həyat planından razı qalmağımız, niyə yaşayırıq? sualına cavab tapdığımızla əlaqədardır”. (Aziz Jean Eudes)

"Ata özümü Sənin əllərinə həvalə edirəm, nə istəyirsən et. Etdiyin hər şey üçün təşəkkür edirəm: Hər şeyə hazıram və hər şeyi qəbul edirəm. Məndə və bütün yaratdıqlarında Sənin iradən olsun, bundan başqa heçnə istəmirəm”. (Charles De Foucauld )

Mən bir heçəm, Sən isə hər şeysən. Mənim heçnəyim yoxdu, Sən isə hər şeyə sahibsən. Mən bir şey edə bilmərəm, Sən isə hər şeyə qadirsən. Bugün mənim Səndən istədiyim, bir dağı yerindən oynatmaqdan, daha asandır. Sən ki bir xardal toxumu qədər imanı olanı mükafatlandıracağına söz vermisən. (Madlen bacı)

Mən ancaq dünyanın ən pis baxılan, unudulmuş və yoxsul qəbiləsindən birini taparaq ona "Rəbbimiz İsa sənin də Qardaşındır... Səni özü kimi qəbul edir... və mən, qardaşım və dostum olmağın üçün sənə tərəf gəlirəm... deyə bilsəydim, çox xoşbəxt olardım. (Madlen bacı)

Məryəm İsaya gedən ən sürətli, ən bəsit və ən etibarlı yoldur. (Aziz Ludvig Maria Grignion von Monfort )

İçimdə bir sıxıntı hiss edən kimi, bu sıxıntını Allah ilə öz arama qoyuram və Tanrı onu bir təsəlliyə çevirincəyə qədər dua edirəm. (Aziz Alfons Rodriguez )

İnsan oğulları Rəbbin oğlu olsun deyə, Rəbbin Oğlu insan oldu! (Aziz Athanasius )

Vəftiz əsnasında sudan çıxan hər Xristian bir zamanlar İordan çayının sahilində eşidilən səsi yenidən eşidir : "Sən mənim sevimli oğlumsan, səndən razıyam.” (Luka 3:22). ( Papa II. John Paul )
Просмотров: 1109 | Добавил: Stefan | Рейтинг: 3.5/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: