Xristian dininin əsasları

​ALLAHIN ON ƏMRİ:

1-ci əmr   "Məndən başqa allahların olmasın. " Çıxış kit. 20-3

2-ci əmr " Allahın Rəbbin adını boş yerə dilinə gətirmə”  Çıxış kit.

3-cü əmr " Şənbə gününü yadda saxlayıb təqdis et. " Çıxış kit. 20-8

4-cü əmr " Ata-anana hörmət et” Çıxış kit. 20-12

5-ci əmr "Qətl etmə” Çıxış kit. 20-13

6-cı əmr "Zina etmə.” Çıxış kit. 20-14

7-ci əmr "Oğurluq etmə. " Çıxış kit. 20-15

8-ci əmr "Heç kimə qarşı yalandan şahidlik etmə.” Çıxış kit. 20-16

9-cu əmr "Heç kimin evinə tamah salma.” Çıxış kit. 20-17a

10-cu əmr "Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma” Çıxış kit. 20-17b

 

İMANIN ƏSAS HƏQİQƏTLƏRİ:

1. Bir Allah var.

2. Allah ədalətlidir.

3. Allah üç simada təkdir: Ata Allah, Oğul Allah (Kəlam) və Müqəddəs Ruh.

4. Allah Oğlu insan oldu və bizim xilasımıza görə çarmıxda öldü.

5. İnsanın ruhu ölməzdir.

6. Xilas üçün Allahın lütfü zəruridir.

YEDDİ MÜQƏDDƏS SİRR (SAKRAMENTO):

1. Vəftiz.

2. Konfirmasiya (Mirro yağı ilə məshetmə, MR gücləndirməsi)

3. Evxaristiya.

4. Tövbə.

5. Xəstələrin məlhəm yağı ilə yağlanması.

6. Ruhanilik.

7. Nigah.

BİRİNCİ DƏRƏCƏLİ XEYİRXAH İŞLƏR:

1. dua.   2. oruc. 3.sədəqə.

 

İNSAN BƏDƏNİ ÜÇÜN XEYİRXAH İŞLƏR:

1. Acı doydurmaq.

2. Susuza su vermək.

3. Çılpağı geyindirmək.

4. Qəribi (qonağı) evinə qəbul etmək.

5. Məhbusa baş çəkmək.

6. Xəstəyə baş çəkmək.

7. Ölünü basdırmaq.

İNSAN RUHU ÜÇÜN XEYİRXAH İŞLƏR:

1. Günahkarın tövbə etməsinə çalışmaq.

2. Biliksizə bilik vermək.

3. Şübhədə olanlara xeyirxah məsləhər vermək.

4. Kədərli insana təsəlli vermək.

5. Yaxınlarının nöqsanına səbrlə dözmək.

6. İncikliyi bağışlamaq.

7. Sağ və dünyadan köçənlər üçün dua etmək.

 

YEDDİ ƏSAS GÜNAH:

1. Qürur.

2. Xəsislik.

3. Zina.

4. Paxıllıq.

5. Gözü doymamazlıq (qarınqululuq)

6. Hirs, qəzəb.

7. Tənbəllik və bundan yaranan ümidsizlik.

İNSANIN SON AQİBƏTİ:

1. Ölüm.

2. Allahın önündə hesab vermək.

3. Cənnət və ya cəhənnəmə getmək.