Главная » 2013 » Апрель » 06 » Yəhya Xrizostom
20:38
Yəhya Xrizostom

Kapadokiyalı üç böyüklərdən sonra Şərq iki çox güclü, ancaq çox fərqli şəxsiyyətin fəaliyyətinin şahidi olur: bunlardan biri Qızıl ağızlı (yunanca Xrizostomos) Yohanna (Yəhya) və Aleksandiriyalı Kirillus. İkisi də, 4 və 5-ci əsrlər arası Xristian tarixinin mühüm hadisələrində iştirak edirlər.

Fövqəladə nitq bacarığı, əsərləri və danışıqları ilə antik Yaman ədəbiyyatının son şedevr əsərlərini yaradan, elə buna görə də qızıl ağızlı ləqəbi ilə yad edilən Yohanna (Yəhya), İmperatorluğun, Roma və Aleksandiriyadan sonra, üçüncü böyük şəhəri olan Antiokyada çox varlı bir xristian ailəsində anadan olmuşdur. Qısa, fəqət intensiv bir keşişlik təcrübəsindən sonra Antiokyada rahibliyə başlamışdır. (386-397) Yepiskop Flavianusun tapşırığı ilə vaiz vəzifəsinə təyinedildi. Onuda  nəzərə almalıyıq  ki o dövrdə vəzi yalnız yepiskoplar verə bilərdi. (Antik dövrdə bu vəzifəyə yalnız Origenes və Auqustinus layiq görülmüşdü)

Müqəddəs Kitabla əlaqədar dərin düşüncələrlə bəzənmiş və Yohannanın gənclikdə Libaniusdan aldığı klassik təlimdən tamamilə fərqli vəzləri, onu xalqla qarşı-qarşıya qoydu. Yohanna xalqı gündəlik həyatın çox saylı qayğılarından, sirk oyunlarından və bütpərəst nümayişlərdən uzaqlaşdıraraq əsl xristian kimi yaşamağa təşviq edirdi.

Şəhərin taleyi məsələsində son dərəcədə dramatik bir vəziyyətdə, bir qiyam zamanı İmperator ailəsinin heykəllərinin xalq tərəfindən devrilməsindən sonra, imperatorunda Antiokya xalqına cavab verəcəyindən qorxulduğu bir zamanda, Yohanna, məşhur heykəllər haqqında verdiyi vəzlə, şəhər əhalisinə öz dəstəyini göstərdi və bu işdə onları ürəkləndirdi.

Vaiz Yohannanın şöhrəti, bu dövr ərzində elə yayılır ki, bir yalanla Konstantinopola (İstanbula) aparılır və bir zamanlar Nazianzlı Griqoriusun olduğu Yepiskopluk vəzifəsinə təyin edilir. Buna baxmayaraq, onu o vəzifəyə gətirən çox tez və əzablı bir məyusluq keçirir.: belə ki Yohanna sərt və uzlaşmaz xasiyyətini, "Rahiblik Haqqında” adlı ikili danışmasında da izah etdiyi, rahiblik vəzifəsi mövzusundakı yüksək fikirləri, kilsə islahatları ilə əlaqəli cəhdləri, lüksə və gözü doymayan iqtidara qarşı alovlu və təsirli nitqlərinə görə o dövrün kilsə iqtidarı ilə, saray mənsubları ilə, xüsusi ilə də baş vəzir xədim Eutropiusla İmperatoriça Teodosia ilə qarşıdurmasına gətirib çıxardı. Konstontinopol kimi zahiri xristianlaşmış bir paytaxtda bu cür danışıqlar, artıq kök atmış əxlaqsızlığa meydan oxuyurdu. Antiokyadakı xoşbəxt illərin əksinə olaraq, Konstontinopoldakı yepiskopluq illəri (397-404) Yohanna üçün uzun bir əzab dövrü oldu. Kilsələrdən sığınacaq haqqını geri almaq istəyən Eutropius gözdən düşüb müdafiə olunmaq üçün, yepiskopa sığındıqda Yohanna onda gözəl şəkildə qisas aldı. Möhtəşəm bir vəzdə insan taleyinin necə dəyişə biləcəyini, bədbəxt Eutropiusun şəxsiyyətini nümumə göstərərək, Müqəddəs Kitabdakı məşhur "özündən razılığın boşluğu” sözlərini xalqa xatırlatdı.

Keşişlik illəri və Müqəddəs Kitaba əsaslanan vəzləri ilə püxtələşən bu dərin inanc sayəsində Yohanna başına gələcək bəlalara qarşı dayanmaq gücünü tapdı. Qırılan, lakin bükülməyən insanlardan biri olan Yohannanən sonrakı aqibəti artıq təyin edilmişdi.

Şərqin ən etibarlı və siyasi olaraq ən mühüm yepiskopluq taxtının bir Antiokyalı tərəfindən işğal edilməsindən razı qalmayan Aleksandiriyalı Teofilos, Yohannanı vəzifəsindən uzaqlaşdıraraq, onu sürgünə göndərdi. Teofilos İmperatoriçanın Misir yepiskoplarının və Yohannanın süqutunu arzulayan digər insanlarında dəstəyindən istifadə edirdi. Yohanna isə, xalqın çətin mübarizəsi sayəsində yenidən vəzifəsinə geri qayıtdı. Lakin qısa müddətdən sonra Ermənistan dağlarına tərəf yenə də sürgün edildi. Üç il sonra isə olduqca çətin həyat şəraiti ilə əlaqədar və çəkdiyi əziyyətlərə görə dünyasını dəyişdi. Dəhşətli aqibətinə baxmayaraq ölümündən sonra həmişə hörmətlə yad edildi. Son anlarında belə bir çox ürəkləndirici və mənəvi cəhətdən yönləndirici məktubu yazmaq imkanı tapdı.

Qeyd edək ki hal-hazırda Pravoslav kilsələrinin bir çoxunda hər Rəbb günü Yohanna ayin mətnlərindən istifadə olunur.

Просмотров: 399 | Добавил: Stefan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: