Главная » 2013 » Апрель » 09 » Müqəddəs Maria Faustina Kowalska
13:12
Müqəddəs Maria Faustina Kowalska

Ilahi Mərhəmətin elçisi

Müqəddəs Maria Faustina Kowalska

(1905-1938)



Məryəm Ananın dərin fəqət sadə sevgilisi və İlahi Mərhəmətin elçisi Rahibə Maria Faustina kilsənin ən məşhur müqəddəsləri arasında yer tutur. İsa Məsih, onun vasitəsi ilə, dünyaya İlahi Mərhəmətin ismarıcını birdirir və əsası Allaha güvənməkdən və insanlara mərhəmətli davranışdan qaynaqlanan mükəmməl bir xristian örnəyini təqdim edir.

On uşaqlı bir kəndli ailəsində, Marianna və Stanislav Kovalskinin üçüncü uşağı olaraq 25 avqust 1905-ci ildə Polşada, Qloqovieq kəndində anadan olmuşdur. Vəftiz zamanı ona Yelena adı verilir. Kiçik yaşlarından duaya bağlılığı və müntəzəmliyi, itaəti və insanların əzablarına qarşı həssaslığıyla diqqəti cəlb edirdi. Doqquz yaşında ilk dəfə evxaristiya qəbul etdi və ürəyində ki ilahi məskənin olmasını dərk edərək, onu dərinləşdirməyə çalışdı. Məktəbə cəmi üç il getdi. Gənc yaşında ana və atasına kömək etmək üçün, ailəsindən ayrılıb bəzi varlı ailələrdə xidmətçi kimi işlədi. Rahibə olmaq çağırışını daha yeddi yaşında olarkən hiss etdi, fəqət ana və atası narazı olduğuna görə içindən gələn bu səsi unutmağa çalışdı.

Ancaq bir müddət sonra Varşavaya getdi və 1 avqust 1925-ci ildə Mərhəmətli Məryəm Ananın Rahibələri ailəsinə qatıldı. Daxil olarkən Faustina adını aldığı bu ailədə on üç il yaşadı və aşbaz, bağban və qapıçı vəzifələrini icra etdi. Çox zəngin sirli həyatını üzdə göstərən heç bir əlaməti yox idi. Bütün vəzifələrini böyük səylə yerinə yetirirdi, qaydalara çox hörmət edirdi, qapalı və səssiz, fəqət çox təbii və xeyirxah, qarşılıq gözləməyən bir həyat sürürdü.

Çox bəsit, rəngsiz görünən həyatı Allahla birliyin inanılmaz dərinliyini gözdən gizlədirdi: "Ey mənim İsam, hər müqəddəs öz şəxsiyyətində Sənin hansısa fəzilətini əks etdirir, mən Sənin hamıya yazığı gələn və çox mərhəmətli Ürəyini yansıtmaq istəyirəm. Onu izzətləndirmək istəyirəm. Sənin mərhəmətin, ey İsa qəlbimdə və ruhumda, bir damğa kimi basılmış olsun, bu və o biri dünyada mənim bayrağım olsun.” (K.G. 1242) Rahibə Maria Faustina bir ana kimi və Məsih İsanın sirli bədəni olaraq sevdiyi kilsənin sadiq bir qızı idi. Kilsədəki vəzifəsini dərk edərək düzgün yoldan azmış ruhların xilası üçün İlahi Mərhəmətlə əməkdaşlıq etdi. Ağası İsanın istəyi və örnəyində canını qurban olaraq Allaha təqdim etdi.              

Mənəvi həyatında, Evxaristiyaya olan sevgisi və Mərhəmətin Anası Məryəmə olan dərin bağlılığı çox diqqəti çəkirdi. Monastırda keçirtdiyi illər ilahi vəhyi, görüntüləri, İsanın gizli yara izləri, Məsihin Çiləsinə qatılma kimi möcüzəli lütflər, eyni anda iki yerdə olma, ürəkləri oxumaq, gələcəkdən xəbər vermə və daha nadir olan sirli nişan və evlilik kimi hədiyyələrlə dolu idi. Allah, Məryəm Ana, mələklər, müqəddəslər, ərafdakı ruhlarla – bütün bu fövqaltəbii dünya ilə - olan münasibətləri ona, gördüyü dünya qədər real gəlirdi. 

Ona bağışlanmış bütün bu lütflərə baxmayaraq, bunların müqəddəslik üçün kifayət etmədiyini bilirdi: "Ruhumu kamil edən lütflər, görüntülər, özündən getmələr, bağışlanmış hədiyyələr yox, Allahla olan daxili birlikdir.” Bu hədiyyələr ruhun sadəcə bəzəkləridir, onun nə tərkibini nə də kamilliyini təşkil etmir. "Müqəddəsliyim və kamilliyim iradəmin Allahın iradəsi ilə sıx birliyindədir.” (K.G. 1107)

 Rahibə Faustina İsa Məsih tərəfindən, yüksək ismarıcını dünyaya yayması üçün, Mərhəmətinin yazarı və elçisi olaraq seçildi. Ona belə dedi :”Köhnə Əhddə xalqıma peyğəmbərlər və onlarla birlikdə ildırım göndərdim. Bu gün səni bütün insanlara mərhəmətimlə göndərirəm. Əziyyət çəkən bəşəriyyəti cəzalandırmaq istəmirəm, onu mərhəmətli qəlbimdə qucaqlayıb xilas etmək istəyirəm.”(K.G. 1588) Rahibə Faustinanın tapşırığı üç vəzifədən ibarət idi:

  •           Müqəddəs Kitablarda Allahın bütün insanlara mərhəmətli sevgisi ilə bağlı həqiqətləri xatırlatmaq və bildirmək;
  •           Bütün insanlar və xüsusi ilə də günahkarlar üçün İlahi Mərhəməti istəmək, xüsusən də bunun üçün Rəbbin bildirdiyi yeni formalardan istifadə etmək. Bu yeni formalar: Məsih İsanın "Sənə güvənirəm!” alt yazılı şəkli, Pasxadan sonrakı ilk Rəbb günü "İlahi Mərhəmətin bayramı”-nı qeyd edilməsi, İlahi Mərhəmətə dua və Allaha həmd dualarında, saat 15:00 –da İlahi Mərhəmət saatı kimi anılmasıdır. Rəbb İsa bu ibadət formalarına və İlahi Mərhəmətə bağlılığın yayılmasına mütləq  Allaha güvənməyin və insanlara qarşı təsirli bir sevgi tətbiq etməyin  şərtini əlavə edirdi. 
  •           Dünya üçün Allahın Mərhəmətini təmin etməkdə cavabdehlik  və Rahibə Faustinanın birdirdiyi yolla kamilliyə çatdıran Mərhəmət-Həvari Hərəkatını yaymaq. Bu yol həm Allah və  iradəsinə tam bir itaətə və həm də insanlara mərhəmət davranışı ilə ifadə edilən uşaq kimi güvənməyin yoludur.

 Rəbb İsa- Sənə güvənirəm!

Vacib olan bu hərəkət bütün dünyada ruhani nizamları, hüquqi quruluşlar, keşişlər, təriqətlər, dərnəklər, fərqli İlahi Mərhəmət Elçiləri icmaları və xüsusi insanlar olaraq milyonlarla insanı maraq dairəsinə daxil olmuşdur. Hamısı Rahibə Faustina vasitəsiylə İsa Məsihin bildirdiyi vəzifələri icra etməkdədirlər.

Rahibə Faustinanın ismarıcı Rəbb İsa və məsləhətçi rahiblərin istəyinə görə yazdığı Kiçik Gündəliyində qeyd olunmuşdur. İsanın bütün istəkləri kimi, ruhunun Allahla birliyi də bu gündəlikdə qeyd olunmuşdur. İsa ona belə demişdi : "ən dərin sirrimin yazarı olaraq vəzifən, bu yazılarıı oxuduqlarında təsəlli olacaq və Mənə yaxınlaşma cəsarəti olacaq ruhların xeyrinə, mərhəmətim haqqında sənə bildirəcəklərimi yazmaqdır.” (K.G. 1693). Bu əsər bizi İlahi Mərhəmətinə fövqəladə şəkildə yaxınlaşdırır. Ancaq orta insanları deyil, eyni zamanda əsərdə Allahın kimliyi barədə qaynaq tapan elm adamlarının da diqqətini çəkir. Bu kitab bir çox Avropa dillərinə tərcümə olunmuşdur. Rəbbin istəyi ilə bu kitabı Azərbaycan dilinə də çevirmək mümkün olacaq. (müəllifin qeydi)

Keçirtdiyi xəstəliklər və günahkarlar üçün könüllü qurban olaraq çəkdiyi əziyyətlərdən pərişan olan, fəqət ruhən xoşbəxt və Allaha birləşmiş, Rahibə Faustina 5 oktyabr 1938-ci ildə, 33 yaşında olarkən vəfat etdi. "Həyatı müqəddəsliyinin şöhrəti, İlahi Mərhəmətə ibadət və vasitəsiylə bəxş olunan lütflərin sayına görə o çox tez böyüdü.” (Papa 2. Jaen Paul’ün vəzi).

1965, 1967 ci illər arasında Krakovi yepiskopluğunda onun həyatı və fəziləti ilə əlaqədar müzakirə baş verdi. 1968-də, Romada başlayan  Xoşbəxtlik elanı prosesləri 1992-ci ilin dekabrında sona çatdı. 18 aprel 1993-cü ildə Papa II Jaen Paul, Rahibə Maria Faustinanı Romada, Müqəddəs Peter meydanında Xoşbəxt; və 3- aprel 2000-ci ildə, Pasxadan sonrakı ilk Rəbb günü, İlahi Mərhəmət Bayramı günündə Müqəddəs elan etdi. Müqəddəs Əmanətləri Krakovidəki İlahi Mərhəmət kilsəsində yatmaqdadır.

Papa 2 inci Jean Paulun
Bütün Dünyanı İlahi Mərhəmətə təqdim etmə sənədi
17 avqust  2002 – Krakovi (Polşa)


Ya Rəbb, Mərhəmət Atası,

Sən ki sevgini

Oğlun Məsih İsa vasitəsiylə bildirdin,

Və Onu üzərimizə Təsəlli verici Müqəddəs Ruh vasitəsi ilə səpdin,

Bu gün Sənə dünyanın

Və hər insanın

Aqibətini əmanət edirik.

Günahlarımızı gör,

Zəifliyimizə bax,

Hər pisliyi yox elə,

Dünyanın bütün sakinləri

Mərhəmətinı sınaqdan keçirsinlər,

Belə ki, Səndə,

Tək və Üçlü Allah,

Ümidlərinin qaynağını tapsınlar.

Əbədi Ata,

Oğlunu əzab-əziyyətləri

Və Şanlı dirilişi vasitəsiylə

Bizə və bütün dünyaya

Mərhəmətini göndər. Amin 

Просмотров: 491 | Добавил: Stefan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: