20:48 Müqəddəs Klement (təxm. 100-cü illər) |
![]() Müqəddəs İreneus, Müqəddəs Klementin Papalıq məqamında, Linus və Kletusdan sonra, həvarilərin üçüncü xələfi olduğu deyilməkdədir. Müqəddəs İreneus belə deyir: "O, xoşbəxt həvariləri görmüş və onların yanında olmuşdu. Onların vəzləri hələ də qulağındadır və onların adətləri gözünün önündədir.” Eusebius, bu Papa Klement ilə Pavelin Filippililərə məktubundakı (4:3) adı hallanan Klementin eyni adam olduğunu iddia etməkdədir. Çox təəssüf ki Müqəddəs Klementin həyatı və fəaliyyəti haqqında çox az məlumatlar mövcuddur. Papa 1-ci Klement haqqında bilinən, xüsusi ilə Korinfdəki xristianlara göndərdiyi məktubdur. Bu məktubda Müqəddəs Həvari Peterin Romada öldüyü, Müqəddəs Pavelin İspaniyaya səyahət etdiyi və Neronun xristianlara necə işgəncələr verdiyi öz təsdiqini tapır. ROMALI KLEMENTIN KORINFLILƏRƏ MƏKTUBU, 5, 1-7,4 Bu məktubla əlaqədar olaraq Müqəddəs İreneus, bir əsr sonra bunları deyəcəkdir: budur, güclü bir söz Kilsədə sülhü yenidən qurdu. Buna görə də, haqlı olaraq "Roma kilsəsinin üstünlüyünü təyin edilməsi” hesab edildi. Antik dövrün örnəklərini bir qırağa qoyaraq bizə daha yaxın olan qəhrəmanlıqlara baxaq. Öz dövrümüzün qəhrəmanlıq örnəklərini gözümüzün önünə gətirək. Ən uca və üstün sütunlar olan təzyiqlərin əzabını çəkdilər və ölənə qədər mübarizə apardılar. Səbəbi isə nifrətdən və pislikdən qaynaqlanan təzyiqlər oldu. Mərd həvariləri gözdən keçirək : Peter, pislərin yaxşılıq qarşısında dözümsüzlüyü səbəbi ilə bir və ya iki dəfə yox, saysız əziyyətlər çəkdi və beləcə şəhid olaraq aid olduğu ən yüksək məqama çatdı. Ondan sonra əzabların mükafatını Pavel gördü: düşmənlərinin amansız əziyyətlərinin bir qurbanı olaraq. Yeddi dəfə zəncirləndi, sürgün edildi, daş-qalaq edildi. Lakin şərqdə və qərbdə Kəlamın müjdəçisi oldu və imanı ilə məşhur oldu. Bütün dünyaya ədaləti öyrətdikdən və Qərbin hüdudlarına qədər gedib çıxdıqdan sonra rəhbərlərin qarşısında şahidliyini elan etdi. Beləcə bu dünyadan ayrılıb müqəddəslik məqamına çatdı: sınaqlarda uca bir cəsarət nümunəsi olaraq. Müqəddəslik içində yaşamış olan bu insanlar, başqalarının nifrəti üstündə çoxlu təhqirlərə məruz qaldıqdan və əzab çəkdikdən sonra, bizə möhtəşəm bir örnək olmuşlardı. Nifrət üstündə bir çox qadın da, Danaidis və Dircis kimi təzyiqlərin əziyyətlərini çəkdilər. Qorxunc və amansız təhqirlərə məruz qaldılar və belə cə imanın hədəfinə çatdılar. Bədənlərinin gücsüz olmasına baxmayaraq, hörmətli bir şəkildə mükafatlandırıldılar. Hansı ki o dövrdə qadınların ruhu paxıllıq və qısqanclıq üstündə ərlərindən ayrılır və Adəmin sözünü pozurdu : Bu mənim sümüklərimdən sümük, ətimdən ətdir.(bax Yar. 2 : 23) Qısqanclıq və itaətsizliklə böyük şəhərləri dağıtdılar və çoxlu millətlərin kökünü kəsdilər. Sevimli qardaşlarım, bu şeyləri sizə tam vəzifənizi xatırlatmaq üçün deyil, sizi öz malik olduğunuz ağıla qaytarmaq üçün yazıram. Çünki eyni sahədəyik və bizi eyni mübarizə gözləyir. Bunun üçün boş və gərəksiz qayğıları bir tərəfə qoyub ənənəmizin şanlı və hörmətli qaydalarına geri qayıdaq və Yaradanımızın gözündə nəyin gözəl, xoş və cazibədar olduğunu xatırlayıb, məhz onları etməyə çalışaq. Romalı Klementin Korinflilərə Məktubu Pasxaya hazırlıq dövrü, kül çərşənbəsi Təvazökar, sülhsevər və sözlərimdən qorxandan başqa kimə baxaram mən? Ata Allahın qarşısında nə dərəcə də qiymətli olduğunu başa düşmək üçün Məsihin qanından gözlərimizi ayırmayaq: xilasımız üçün axıdıldı və bütün dünyaya tövbə lütfünü gətirdi. Dünyanın bütün dövrlərini gözdən keçirək, görəcəyik ki hər dövrdə Rəbb, özünə dönməyə hazır olan hər kəsə, peşmanlıq hiss etməsi üçün bir forma və zaman vermişdir. Nuh peşmanlığın müjdəçisi oldu və ona qulaq asanlar xilas oldu. Yunis, Ninevalılara fəlakəti bildirdi və onlar günahlarından peşman olub duaları ilə Tanrını yumşaldıb xilası əldə etdilər. Baxmayaraq ki, onlar Tanrının xalqı deyildilər. Müqəddəs Ruhdan ilham alıb günahlara görə kədərlənməni nəsihət edən din adamları hər zaman mövcud olmuşdur. Hər şeyin Rəbbi belə peşmanlıqdan danışdı və and içərək dedi: Varlığıma and olsun ki – Rəbbin sözü – "Günahkarın ölümündən yox, peşmanlığından zövq alıram.” Başqa bir yerdə də belə deyir :”Ey İsrail soyu, günahlarından uzaqlaş. Xalqımın uşaqlarına bunları de- günahlarınız yerdən göyə çatsa belə, qızıldan daha qızıl və qıllı qurşaqdan daha qara olsalar belə, təki bütün ürəyinizlə mənə dönüb "Ata” deyin və mən sizə müqəddəs bir xalq kimi davranacaq, dualarınızı qəbul edəcəyəm. Sevdiklərinin, Özünə dönmə nemətini dadmaqlarını istədiyi üçün, sözlərini çox uca iradəsi ilə möhürlədi. Buna görə də möhtəşəm və şanlı iradəsinə itaət edək. Rəbbin önündə diz çökək, mərhəmətli və lüftkar olması üçün Ona yalvaraq. Bütün ürəyimizlə sevgisinə qayıdaq. Ölümə yol açan hər pisliyi, hər cür narazılıq və qısqanclığı inkar edək. Ey qardaşlar, təvazökar olaq. Hər boş təkəbbürü, özündən razılığı, çılğın qüruru və qəzəbi uzaqlaşdıraq. Yazılanı yerinə yetirək. Müqəddəs Ruh, belə deyir : Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, igid öz gücü ilə öyünməsin, varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada məhəbbət, ədalət və salehlik yaratdığını dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram» (bax. Yeremya 9, 23-24) Xüsusi ilə də Rəbb İsanın, həlimliyi və səbrini nəsihət edildikdə, sözlərini yada salın: Mərhəmət istəyirsizsə mərhəmətli olun, bağışlayın ki, bağışlanasız, başqaları ilə necə davransanız, sizinlə də eyni cür davranılacaq, verin, alacaqsınız; mühakimə etməyin ki mühakimə olunmayasınız; xoşniyyətli olunki sizə də belə olunsun; kimi hansı ölçü ilə ölçsəniz sizin üçün də eyni ölçü ilə ölçüləcək. (Matta 5,6 və 7-ci fəsillərdən) Tutduğumuz yolda sağlam olaq və bu əmrlərin icrasında iştirak edək. Təvazökarlıqla müqəddəs sözlərin itaətində daima irəliləyək. Müqəddəs bir dünyanın bütün dövrlərini gözdən keçirək, görəcəyik ki hər dövrdə Rəbb, Ona qayıtmaq istəyən hər kəsə müəyyən bir forma və zamanla şans vermişdir. Müqəddəs mətndə belə deyilir: Mən özünü aşağı tutan və ruhu əzilmiş insana, sözümün önündə titrəyənə nəzər salaram. (Yeşaya 66 : 2) Buna görədir ki böyük və mühüm hadisələr yaşadıqdan sonra əvvəldən bu günə qədər bizim üçün hazırlanmış olan sülh hədəfinə doğru qaçaq. Nəzərlərimizi Atanın və bütün dünya Yaradıcısının üzərində cəmləşdirək və ən gözəl bəxşişlərini və görünməmiş nemətlərini səmimi olaraq ürəkdən istəyək. |
|
Всего комментариев: 0 | |