20:42 Müqəddəs İqnatius |
![]() 2ci əsrin ilk illərində zərcirvari olaraq, Sirtakidə vəhşi heyvanlara atılmaq üçün, Romaya aparılan, Antiokyanın (İndiki Antakya, Türkiyə ərazisi) yepiskopu İqnatiusun həyəcan verici və izdihamlı təcrübəsi bizi yenidən Suriyadan Romaya gedən yollara aparır. Yol boyu dostları onu qarşılayırlar, ancaq İqnatiusun niyyəti, şəxsən görə bilməyəcəyi adamlara məktubları çatdırmaq olur: iman şəhidi olmağa namizəd olan yepiskopun uzun-uzun nəsihət və təkliflərlə dolu mənəvi vəsiyyətnaməsini açıqladığı yeddi məktubu da bundan qaynaqlanmaqdadır. Beləcə bu məktublar səyahət və mənəvi həyatın arasında qalan mətinlərdən ibarət olurlar. Məktublarda İqnatiusun fövqəladə şəxsiyyətindəki mənəviyyat və maraqları üç ana mövzu ilə açıqlanmaqdadır. Xristian cəmiyyətlərində anlaşmazlıq yaradanlara qarşı İqnatius, güclü şəkildə vurğulayaraq, yerli kilsənin birliyini əks etdirən və üzvlərindəki müqəddəsliyin öndərliyini edən, yepiskopun vacib və əvəz edilməz yerini izah etmişdir və monarxiya (hökmdar) yepiskopluğun il qurucusu olmuşdur. Rəbb İsanın vücudlaşdığının doğruluğu mövzusunda şübhə yaradan, bunun sadəcə bir görünüş olduğunu deyənlərə qarşı (hansı ki gələcəkdə "görünmə” (dosetizm) adlı yalançı təriqət yaranacaqdı, və o dövrdə onun ilk əlamətləri artıq var idi) İqnatius, Rəbbin həqiqətən vücudlaşdığını və həqiqətən də xaçda əzab çəkdiyini vurğulayır. O deyir ki – Əgər belə olmasaydı onda xilasımız boş, imanımız mənasız olardı. Hər şeydən əvvəl İqnatius (şərq kilsələrində İqnaty), İmperatorun sarayında belə mövcud olan və işləyən Romalı xristianlara səslənirki hər hansı bir yolla onun şəhid olmasının qarşısını almasınlar. Hər nə bahasına olursa olsun, Məsih uğruna axırıncı əzabdan da keçməsini istəyir, çünki bu şəkildə, "Allahın buğdası” olaraq özünü canavarların ağzına təqdim edərək, Rəbbin həqiqi davamçısı və həqiqi şağirdi olmağını istəyirdi. |
|
Всего комментариев: 0 | |