22:33 Müqəddəs Efrem Suryani 306-373 |
Efrem, Suryanicə Afrim) 306-cı ilinə yaxın Mesapatamiyada yerləşən
Nisibədə (bügünki Midyat yaxınlığındakı Nusaybin) doğulmuşdur. Atası
Abnil tanrısının kahini idi. O gənc yaşında olanda Xristianlığa qarşı
olan marağı üstündə evdən qovuldu. Nisibə yepiskopluğuna sığındı və
Yepiskop Yaqub onun tərbiyəsi ilə məşğul oldu.
28 (ya da 18, dəqiq məlum deyil) yaşında vəftizi qəbul etdi və bir müddət Kiçik Asiyadakı Amidada (indiki Diyarbəkir, Türkiyə) yaşadı. Daha sonra isə özü üçün monastr həyatını seçdi. Böyük müqəddəslərdən Vasilinin yanına Kapadokiyadakı Kayseriyə getdi. Fars padşahı II Sapor Mesapatamiyadakı Xristianlara qarşı qətliam həyata keçirdi. Efrem monastrdan çıxaraq Xristianlara maddi kömək etməyə getdi. Deyəsən elə o vaxtlarda "diyakon" ləqəbini də aldı. Çünki ancaq həmin vaxtlarda öz vəzifəsini yerinə yetirməkdə idi. Nisibə 363-cü ildə Farsların əlinə keçdi. Efrem həmin vaxtda Edessada (Urfa, Türkiyə) idi. Edessa Roma imperiyasının Osroen əyalənin mərkəzi idi. Efrem bir tərəfdən vəz edir, bir tərəfdəndə kitab yazırdı. Efrem Müqəddəs Kitabın demək olar ki hamısının izahatını vermişdir. Suryanilərin şerdən xoşu gəldikləri üçün, Efrem vəzlərində şerlərdən də istifadə edirdi. O, Xristianlıq inancı və İsanın sirrli həyatı barədə çox sayda ilahinin müəllifidir. Elə buna görə də Ona, "Müqəddəs Ruhun Gitarası" deyilirdi. Bütün həyatını Kilsə üçün yazı yazaraq, dua edərək və yoxsulluq içərisində keçirdi. Papa XV Benedikt onu Müqəddəs Hieronimusa bərabər hesab edirdi. Efrem özünü əhatə edən xalqa misralarla vəz edirdi. Xristianlığın həqiqi mənasını dilə gətirən çox yaxşı bir təlimçi idi. 373-cü ilin iyun ayında dünyasını dəyişdi. Nissalı Müqəddəs Qreqorius onu "Kainatın Həkimi" elan etmişdi. Suryani Kilsəsində ariyanizmə qarşı Xristianlığı ən yaxşı müdafiə etmiş biri olaraq qəbul edilir.
Həyatımın Rəbbi və Padşahı, Həyatım boyunca tənbəl, düşüncəsiz, təkəbbürlü və qiybətçil bir insan olmamaq üçün mənə kömək et. Xidmətkarına itaətkar, səbirli, müdriklik və sevgi dolu bir ruh bağışla. Bəli ey Uca Rəbbim, öz günahlarımı görməyimi və başqalarını mühakimə etməməyimi təmin et. Madam ki yalnız Sən əsrlər boyu xeyir-dualısan. Amin. |
|
Всего комментариев: 0 | |