Главная » Статьи » Məsihçi duaları

Yəhya Xrizostomun duası (2)
Rəbb Allahım, içimdə məskən salmağına layiq deyiləm, çünki o xarab və dağılmış vəziyyətdədir.  Sən orda Başını qoymağa yer tapmazsan. Ancaq məhz bizim üçün Özünü alçaltdın və mənim qanunsuzluğumun ölçüsünü təslim aldın. Bir tövlədə doğulmağı qəbul etdiyin kimi, indi də ruhumun və bədənimin tövləsinə gəl. Axşam yeməyi yemək məqsədi ilə cüzamlı Simonun evinə girməyi əskiklik kimi görmədin, mənim düşgün ruhumun evinə də girməyi əskiklik bilmə, çünki mən də günahkar və cüzamlı biriyəm. Sən natəmiz olan, amma Sənə toxunmaq üçün yaxınlaşmaq istəyən qadını rədd etmədiyin kimi, Sənə yaxınlaşıb toxunmaq istəyən mən günahkara da rəhm elə. Rəbbim və Padşahım, Sənin müqəddəs bədəninin və qiymətli qanının yandırıcı atəşi mənim ruhumu və bədənimi təmizləsin, aydınlatsın və gücləndirsin. Eyni zamanda mənim çoxsaylı günahlarımın yükü üçün kömək, bütün şeytani təsirlərdən müdafiə, günahkar vərdişlərimi yox edən amil, Sənin əmrlərinə tabe olmağa köməkçi, kölgəndə böyümə və Padşahlığın üçün bacarıq səbəbi olsun.
Ey Məsih Allahım, Sənə gəlirəm, həyasızlıqla yox, ancaq Sənin mehriban yaxşılığından güc almaq üçün, çünki Sənin müqəddəs süfrəndən uzun müddət ayrı qaldığım üçün düşmənə ov oldum. Amma, ey müqəddəs olan Rəbbim - Sənə yalvarıram, ruhuma, bədənimə, düşüncəmə, ürəyimə, hisslərimə xeyir-dua ver. Məni tamamilə yenilə, içimdə müqəddəs qorxunu ək və qəlbimi müqəddəsliyinlə möhürlə. Mənim köməkçim və qoruyucum ol, həyatımı sülhlə yönləndir, Sənin izzətinin sağında müqəddəslərinlə birlikdə dayanmağa məni layiq gör. Bütün bunları Sənin ləkəsiz Anan, Səmavi güclər və bütün Müqəddəslərinin duaları ilə diləyirəm. AMİN
Категория: Məsihçi duaları | Добавил: Stefan (30.04.2013)
Просмотров: 715 | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: