Главная » Статьи » Məsihçi duaları |
Müqəddəs Tanrı, Müqəddəs Qüdrətli və Müqəddəs Ölməz, Sənə əbədi şan, şərəf və həmdlər olsun. Sənin qüvvətin və köməyinlə, Sənə qarşı olan güvənsizliyimə və gileylərimə son verəcəyimə söz verirəm. Şeytanı, onun bütün pis işlərini, təkəbbürünü, yoldan çıxardıcı oyunlarını, Sənin müqəddəs İsmin vasitəsi ilə rədd edirəm. Mən, Sənə, Üçlü birlik olan Allaha: Ataya, Oğula və Müqəddəs Ruha inanıram Abba, Əbədi Ata, həyatımı, bütün günahlarımı, qorxularımı, keçmişimi, bugün ki günümü, mənə yaxın olan hamını, məsuliyyətini daşıdığım hər insanı ........ (adları) və bütün dünyanı Sənin əllərinə həvalə edirəm. Gələcəyimi, hətta ölümümü, Sənə hədiyyə edirəm, gələcəkdə olacaq hər şey, mənim istədiyim kimi yox, Sənin istədiyin kimi olsun Uca İsa Məsih Ağamız, Sənin canlı varlığını, içimdə qəbul edirəm. Sən mənim ağam, xilaskarım, qardaşım və Allahımsan. Artıq mən yaşamıram, içimdə Sən yaşayırsan. Ya Rəbb mənə itaətkar və sözə qulaq asan bir qəlb ver. İzzətli İsa Məsih, mənə təvazökar, saf, cəsur və məhəbbət dolu bir qəlb ver. Qəlbimi, Sənin qəlbinə bənzət və məni günahlarıma, zəifliklərimə baxmayaraq, mənim üçün lap əvvəldən düşünmüş olduğun müqəddəslik mərtəbisinə çatdır. Sənə özümü və .... (adları) təqdim edirəm. Hamımızı, Sənin dəyərli qanına, Sənin müqəddəs yara izlərinə və nizələnmiş qəlbinə təqdim edirəm. Ey Müqəddəs Ruh, Ruhumun Ruhu, Sənin rəhbərliyinə tamamilə güvənirəm. İçimdəki, Tanrı uşağı olma lütfünü və müjdəçilik sevgisini yenilə, dərinləşdir və ehtiyacım olan bütün fəziləti və bacarıqları mənə hədiyyə et ki, Rəbb İsa Məsih ilə birlikdə, Müqəddəs Atamızın əmrlərini, kilsədə və bütün dünyada yerinə yetirə bilim. Müqəddəs Məryəm, Məsihin Anası və bütün imanlıların Anası, Sülh Şahzadəsi. Sənin günahsız qəlbinə, özümü və bütün insanları təqdim edirəm. Müqəddəs Qoruyucu Mələyim, Müqəddəs Baş Mələk : Qabriel, Mikael və Rafael, səmanın qoruyucuları və bütün Müqəddəslər, bədənimi və ruhumu qoruyan sizlər, məni bütün pisliklərdən xilas edin və Allaha xoş gedən bir şəkildə həyata yönləndirin ki, günahkar olaraq yaşayan qardaşlarıma kömək edə bilim, onları sizə tərəf gətirə bilim. Mərhəmətli və dözümlü Uca Tanrımız, döyünən hər ürəyin döyüntülərini, hər alınan nəfəsi, dualarımızı, həmdlərimizi və şükürlərimizi Sənə olan məhəbbət əlaməti kimi qəbul et. Amin | |
Просмотров: 1059 | Рейтинг: 4.5/2 |
Всего комментариев: 0 | |