Главная » Статьи » Məsihçi duaları |
Rozari duası – mənası tac. Yəni İsa Məsihin anası Məryəmə dualardan ibarət çələngin və ya tacın təqdim olunması. 5 hissədən ibarətdir. Hər hissədə 1 dəfə Göylərdəki Atamız, 10 dəfə Salam Mübarək Məryəm, 1 dəfə Üçlüyə həmd və bəzən Əzəldən Günahsız Məryəm... və Rəbb İsa bizim günahlarımızı .... duaları oxunur. 5 hissə ümumilikdə bir sirrə həsr edilir. Yəni hər hissədə sirrin bir nüansı xatırlanır. Aşağıdakı sirrlər ümumilikdə İsa Məsihin yer üzündə ki həyatı haqqında olsa da əslində hər hadisədən bizə lazım olan dərsi, mesajı ala bilərik. Ona görə sirrin nüanslarını xatırlayarkən, bunları öz həyatımızla da əlaqələndirməliyik. Sevincli sirlər: 1) Bakirə Məryəmə verilən Xoş Xəbər. 2) Müqəddəs Elizavetin yanına getmə. 3) Məsihin doğulması. 4) Məbəddə həsr etmə. 5) Yeniyetmə İsanın məbəddə tapılması İşıq sirləri: 1) Rəbb İsanın vəftizi. 2) İsanın Qalileya Qanasında etdiyi ilk möcüzə. 3) Allahın Səltənəti vəzi və Allaha tərəf dönməyə çağırış. 4) İsa Məsihin surətinin dəyişilməsi. 5) Evxaristiyanın təyin edilməsi. Kədərli sirlər. 1) Getsemani bağında dua. 2) İsa Məsihin qamçılanması. 3) Tikanlı tacın qoyulması. 4) Çarmıx yolu. 5) İsa Məsihin çarmıxa çəkilməsi. İzzətli sirlər. 1) Məsihin dirilməsi. 2) Rəbbin göyə qalxması. 3) Müqəddəs Ruhun enməsi. 4) Məryəm Ananın göyə qaldırılması. 5) Bakirə Məryəmin səmavi izzətlə taclanması. Rozari duasının aparılma qaydası aşağıdakı kimidir: Rozarini təqdim etməyimiz barədə dua oxuyuruq. Bu zaman öz dualarımızı və ya : RƏBB İSA MƏSİH, SƏNƏ BU ROZARİNİ ADININ İZZƏTİ ÜÇÜN SƏNİN MÜQƏDDƏS ANANIN ŞƏRƏFİNƏ VƏ İNSAN RUHLARININ XİLASI ÜÇÜN TƏQDİM EDİRƏM. Edilməsi aşağıdakı ardıcıllıqladır: 1) XAÇ NİŞANI 2) İMAN RƏMZİ 3) GÖYLƏRDƏ OLAN ATAMIZ 4) SALAM MÜBARƏK MƏRYƏM – 3 DƏFƏ, YƏNİ HƏR DƏNƏ DƏ 1 DƏFƏ 5) ÜÇLÜYƏ HƏMD 6) SİRRİN ADI və HAQQINDA 7) GÖYLƏRDƏ OLAN ATAMIZ 8) SALAM MÜBARƏK MƏRYƏM – 10 DƏFƏ, YƏNİ HƏR DƏNƏ DƏ 1 DƏFƏ 9) ÜÇLÜYƏ HƏMD 10) SİRRİN ADI və HAQQINDA 11) GÖYLƏRDƏ OLAN ATAMIZ 12) SALAM MÜBARƏK MƏRYƏM – 10 DƏFƏ, YƏNİ HƏR DƏNƏ DƏ 1 DƏFƏ 13) ÜÇLÜYƏ HƏMD.... Bu qaydada ümumi 5 sirrin adını deyib sonra duaları oxuduqdan sonra ROZARİ tamamlanır.
Bəzən ÜÇLÜYƏ HƏMDDƏN sonra bu dualar oxunur : ƏZƏLDƏN GÜNAHSIZ MƏRYƏM, SƏNİN YANINA GƏLƏN BİZLƏR ÜÇÜN DUA ET. RƏBB İSA BİZİM GÜNAHLARIMIZI BAĞIŞLA, CƏHƏNNƏM ALOVUNDAN BİZİ XİLAS ET, BÜTÜN İNSANLARI, XÜSUSİ İLƏ DƏ SƏNİN MƏRHƏMƏTİNƏ EHTİYACI OLANLARI CƏNNƏTƏ APAR.
ROZARİ bitdikdən sonra şəxsi dualar edilə bilər və sonda XAÇ İŞARƏSİ çəkilməlidir. | |
Просмотров: 2133 | Комментарии: 33 | Рейтинг: 5.0/2 |
Всего комментариев: 17 | 1 2 » | ||||||||||
| |||||||||||
1-10 11-17 | |||||||||||