Главная » Статьи » Məsihçi duaları

NOVENE DUASI

Bu dua 900 ildir ki katolik məsihçilər arasında yayılmış dua şəklidir. Doqquz günü aralıqsız olaraq oxunur.

Amma, bu duanı etmək heç də o demək deyil ki, Allah bizim bu istəyimizi yerinə yetirəcək. Çünki Tanrı bizim nəyə ehtiyacımız olduğunu və bizim üçün xeyirli olanı bizdən daha yaxşı bilir. Və əgər dualarımız Allahın iradəsi çərçivəsindədirsə O, bizim dualarımızı dəstəkləyir.

Novene duaları sayəsində, Allahın iradəsini anlaya bilərik və Allahın bizdən nə istədiyini başa düşə bilərik. Eyni zamanda Allahın qərarını qəbul etmək və buna hörmətlə yanaşmaq vacibdir.

 Bəzən xəstəliklər, qorxular, narahatçılıqlar və problemlər bizə o qədər təsir edir ki, biz hər şeyin bizim istədiyimiz kimi olmağını istəyirik., Allahın dab u məsələdə bizim iradəmizi dəstəkləməyini istəyirik.  Amma Novene duaları, daha çox Allahın bu məsələdə bizə nə öyrətdiyinə diqqəti yönəldir. Hər məsələ də Allahın islərini anlamağa və hissetməyə köməkçi olur. Əgər biz Allahın istəklərinə ürəyimizi açsaq və Ona hər məsələdə güvənsək onda problemlərin yaratdığı sıxıntıya qalib gəlmiş olarıq.

 Ona görə də bu duanı etməyə başlayan adam böyük bir imanla, Tanrıya etimad göstərməli və ürəyini Ona açmalıdır. 

Novene duasını etdiyi vaxt da  (yəni 9 gün ərzində) günahsız yaşamağa çalışmalıdır. Eyni zamanda mümkün qədər çox messalarda iştirak etməli və xeyirxah əməllərlə məşğul olmalıdır.

Qeyd etmək yerinə düşər ki çox sayda katolik imanlı Novene duaları sayəsində, Uca Tanrıdan imkansız diləklərinin cavabını almışlar. Amma hər xahiş üçün yalnız bir dəfə Novene duası etm’k kifayət etməyə bilər.

Müqəddəs Tereza Avillalı bir dəfə çox çətin bir istək üçün Allaha dua edirdi. Lakin bir neçə dəfə dalbadal Novenne duası elədikdən sonra istəyi yerinə keçmədi və "bu Allahın iradəsi deyil” qərarına gəldi. Qısa müddətdən sonra İsa Məsihin ona belə dediyini eşitdi: "Əgər bir qədər də Novene duası etməyə davam etsəydin, duan lazım olan lütfü alacaqdı və bu lütfün ölçüsü tamamlanacaydı. "

 Müqəddəs Papa Pius X. Bir istəyinin müqabilində 30 dəfə Novene edəndən sonra bunu əldə edirdi. Lütf nə qədər dəyərlidisə, əvəzini də bir o qədər çox ödəməlisən. 


BİRİNCİ GÜN:

Bütün insanlar,  xüsusilə də günahkarlar üçün:

Bizə mərhəmət edən və bizi bağışlayan  sevgili İsa, günahlarımıza yox, Sənin sonsuz yaxşılığına olan imanımıza bax, bizi sonsuz lütfünlə əhatə et, bizi mərhəmətli qəlbində qəbul et və ondan qaçmağımıza imkan vermə. Bunu Səni, Ata və Müqəddəs Ruhla birləşdirən sevginin xatirinə diləyirik.

Əbədi Ata, mərhəmətli baxışlarını bütün insanlığın üzərinə, xüsusi ilə də İsa Məsihin sonsuz mərhəmətli qəlbiylə qucaqladığı yazıq günahkarların üzərinə çevir. İsa Məsihin çəkdiyi əziyyətlər xatirinə mərhəmətini bizə göstər ki bizdə əbədi mərhəmətinin sərhədsiz  qüdrətinə şükr edək. Amin

               ...............

Göylərdəki Atamız ... (1dəfə) 

               ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

               ..............


Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)

IKINCI GÜN:
 
Rahiblər və özünü Rəbbə həsr etmiş insanların ruhları üçün:

 Ey yaxşı olan hər şeyin mənbəyi mərhəmət sahibi İsa,  Sənə xidmətə özünü həsr edən bütün qadınlar üzərində ki lütflərini artır ki, onlar yaxşılıq və mərhəmət dolu dəyərli işləri davam etdirə bilsinlər. Və onları görənlər cənnətdə olan xeyirxahlıq və lütf Atasını izzətləndirsinlər.   

Əbədi Ata, mərhəmətli baxışlarını üzüm bağında seçilmiş olanların üzərinə, rahiblər və özünü Tanrıya həsr etmiş olanların ruhları üzərinə çevir və onlara mərhəmətinin gücünü bağışla. Oğlun İsa Məsihin qəlbində onların sevgisi xatirinə, onlara işığını və gücünü ver ki, onlar da xilas yolunda başqalarına yol göstərə bilsinlər və tək bir səslə əsrlər boyunca dayanmadan hədsiz mərhəmətini izzətləndirsinlər. Amin. 

                 ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............


Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)

ÜÇÜNCÜ GÜN:


Bütün imanlılar və məhəbbət dolu ruhlar üçün:

Bol mərhəmətli İsa, mərhəmətinin xəzinəsindən lütflərini hamıya bol-bol payladın. Hamımızı mərhəmətli  qəlbinin məskəninə qəbul et və ordan qaçmağımıza imkan vermə. Bu lütfü qəlbində şiddətlə yanan Göylərdəki Atamızın sevgisi xatirinə Səndən diləyirik.

Əbədi Ata, mərhəmətli baxışlarını Oğlunun mirası üzərinə çevirdiyin kimi, iman dolu ruhlar üzərinə də çevir. Oğlunun çəkdiyi əziyyətlər xatirinə onlara nemətlərini bağışla və onları hər an müdafiənlə əhatə et ki, bununla onlar məhəbbətdə məyus olaraq müqəddəs imanın xəzinəsini itirməsinlər. Fəqət bütün mələklər və bütün müqəddəslərlə birlikdə əsrlər boyu hədsiz mərhəmətinə şükr etsinlər. Amin.               

                 ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............


Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)

DÖRDÜNCÜ GÜN:

Rəbbə inanmayan və Onu tanımayanlar üçün:

Bol mərhəmətli İsa, Sən bütün dünyanın işığısan. Səni hələ tanımayanların ruhlarını mərhəmətli qəlbinə qəbul et.  Lütfünün şüalarının onları aydınlatmasına icazə ver ki onlar da bizimlə birlikdə Sənin hədsiz mərhəmətini izzətləndirsinlər və mərhəmətli qəlbinin məskənindən qaçmasınlar.        

Əbədi Ata, mərhəmətli baxışlarını, Oğluna iman etməyənlərin və Səni hələ də tanımayanların üzərinə çevir. Onları İncilin nuruna yönəlt. Bu ruhlar Səni sevməyin nə qədər gözəl olduğunu başa düşmürlər. Onları bağışla ki, onlar da əbədi və hədsiz mərhəmətinə şükr edə bilsinlər. Amin

                  ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............


Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)

BEŞİNCİ GÜN:

Vəfat etmiş keşişlər və imanlılar üçün:

 Bol mərhəmətli İsa, yaxşılığın ünvanı, Səni axtaranları rədd etməzsən. Vəfat etmiş qardaş və bacılarımızın ruhlarını qəlbinin məskəninə qəbul et. İşığınla onları kilsənin birliyinə yönəlt. Və onların  mərhəmətli qəlbinin məskənindən qaçmasına imkan vermə. Qoy onlar mərhəmətinin qüdrətini ucaltmaq üçün gəlsinlər

Əbədi Ata, mərhəmətli baxışlarını, yanımızda olmayan qardaş və bacılarımızın ruhları üzərinə və xüsusilə də verdiyin nemətləri boş yerə xərcləyən, səhvlərini israrla təkrarlayan,  lütflərindən yanlış istifadə edənlərin ruhları üzərinə çevir.  Onların yanlışlarına yox, Oğlunun sevgisinə və onlar uğrunda çəkdiyi əziyyətlərə bax. Oğlun İsanın mərhəmətli qəlbində olan bu insanların da, Sənin hədsiz və böyük mərhəmətinə şükr edə bilmələrini təmin et. Amin   

                 ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............

Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)      

ALTINCI GÜN:

Yaxşı və itaətkar ruhlar və uşaq ruhları üçün:

Bol mərhəmətli İsa, "Məndən öyrənin, çünki mən qəlbən təvazökar və itaətkaram” dedin. Bütün təvazökar və itaətkar ruhları və uşaqların ruhlarını qəlbinin məskəninə qəbul et. Bu ruhların hamısı cənnətdə xoşbəxtçiliyə göndərildilər və Göylərdəki Atamızın  ən çox sevdikləridir. Onlar Tanrının taxtı önündə ki gözəl ətirli çiçəklərin dəstələridir. Tanrı onların xoş ətirlərindən razı qalır. Bu ruhların Sənin qəlbində ki məskənləri davamlıdır və orada həmişə qalarlar və dayanmadan sevgi və mərhəmət ilahiləri söyləyərlər

Əbədi Ata, mərhəmətli baxışlarını təvazökar və itaətkar ruhların və İsanın qəlbində məskun olmuş körpə ruhlarının üzərinə çevir. Bu ruhların Oğluna çox yaxın bənzərlikləri var. Onların xoş ətirləri dünyadan yüksəlibSənin taxtına qədər çatar.  Mərhəmətin və bütün yaxşılıqların Atası, bu ruhlar üçün bəslədiyin  sevgi və onlara görə olduğun razılığın xatirinə Sənə yalvarırıq, bütün dünya və müqəddəs ruhların hamısı qədər Sənin tükənməz  mərhəmətinə təriflərini söyləsinlər. Amin.

                ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............

Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə) 

YEDDİNCİ GÜN:

Səni sevən və izzətləndirən ruhlar üçün:

Qəlbi həqiqi məhəbbətin ünvanı olan  mərhəmətli İsa, mərhəmətinin böyüklüyünü səylə izzətləndirən və ona hörmət edənlərin ruhlarını mərhəmətli qəlbinin məskəninə qəbul et. Bu ruhlar Tanrının öz qüdrəti ilə gücləniblər. Bütün əziyyət, kədər və çətinliklərin arasında, mərhəmətinə arxayın bir şəkildə və Sənə bürünmüş olaraq irəli gedərlər.  Əziz Rəbbimiz İsa Məsih, onlar bütün insanları çiyinlərində daşıyarlar. Bu ruhlar sərt şəkildə mühakimə edilməyəcəklər.  Onlar bu həyatdan ayrılanda Sənin mərhəmətin onlara toxunacaq və əhatə edəcək.

 Əbədi Ata, mərhəmətli baxışlarını ən böyük xüsusiyyətin olan tükənməz mərhəmətini, izzətləndirib, ona təzim edən ruhların və İsanın mərhəmətli qəlbində olanların üzərinə çevir. Bu ruhlar sanki canlı İncildirlər. Əlləri mərhəmət işləri ilə doludur və ruhları Sənə mərhəmət ilahiləri oxuyaraq sevinclə coşarlar. Ucalar ucası, Sənə yalvarıram, Tanrım Sənə olan güvənləri və bəslədikləri ümidləri üçün onlara mərhəmətini göstər. Qoy İsa Məsihin vədləri həyatlarında xüsusilə də ölüm saatlarında baş versin. Qoy Sənin hədsiz mərhəmətin,  onlarda İsaya şan və izzət gətirsin. Amin.    

                ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............

Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)  

SƏKKİZİNCİ GÜN:

Bütün ölülər və ərafda olanların ruhları üçün:

Bol mərhəmətli İsa, yaxşılıq istədiyini Özün dedin. Buna görə də Ərafdakı ruhları və ədalətinlə cavab verməli olanları mərhəmətli qəlbinin məskəninə gətirirəm, qoy qəlbindən fışqıran Qan və Su  Ərafın alovunu söndürsün və orada mərhəmətinin qüdrəti bayram edilsin.  

Əbədi Ata, mərhəmətli baxışlarını Ərafda əziyyət çəkən ruhların üzərinə çevir, bu ruhlar Məsihin mərhəmətli qəlbindədirlər. Oğlun Məsih İsanın çəkdiyi əzablar və Onun Müqəddəs Ruhunun qanadıldığı bütün ağrılarla Sənə yalvarıram, diqqətlə gözlədiyin ruhlara mərhəmətini göstər. Onlara başqa cür yox, yalnız Məsih İsanın yaralarının vasitəsi ilə bax. Çünki biz tam əminik ki, Sənin mərhəmətinin sərhədi yoxdur. Amin.

               ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............

Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)  

DOQQUZUNCU GÜN:

Bütün inadkar və soyuqqanlı ruhlar üçün:

Əziz Rəbbimiz İsa, Sən mərhəmət və rəhmdilliyin əsl ünvanısan.   Laqeyd və istəksiz ruhları  mərhəmətli qəlbinin məskəninə gətirirəm. Məhəbbətin saf və təmiz alovu ilə, belə dərin nifrətlə dolmuş ruhların yenidən alovlanmasına icazə ver. Mərhəmətli İsa, mərhəmətinin mütləq gücünü onlar üzərində göstər və sevginin hərəkətinə yönəlt. Onlara müqəddəs sevginin hədiyyəsini başa sal, çünki heç bir şey Sənin qüdrətindən üstün deyildir.

Əbədi Ata, mərhəmətli baxışlarını heç nəyə baxmayaraq Məsih İsanın qəlbiylə qucalqlanan laqeyd və soyuq ruhlar üzərinə çevir. Mərhəmətin Atası, Oğlunun çəkdiyi əzablarla və xaç üzərində çəkdiyi 3 saatlıq ağrı ilə Sənə yalvarıram.  Qoy bu ruhlar da mərhəmətinin böyüklüyünü görüb, ona şükr etsinlər. Amin.

               ...............

Göylərdəki Atamız ... (1dəfə) 

                 ...............

Salam mübarək Məryəm  (10 dəfə) 

                 ..............

Müqəddəs Üçlüyə həmd  (Ataya, Oğula, Müqəddəs Ruha indi, həmişə və əbədi olaraq həmd olsun) (1dəfə)  

                                   RƏBBİMİZ BÜTÜN DUALARINIZA CAVAB VERSİN. AMİN +

Категория: Məsihçi duaları | Добавил: Stefan (07.04.2013)
Просмотров: 1042 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: