İman rəmzi : İman edirəm, bir olan Tanrıya, Külli-İxtiyar Ataya, göyü və yeri, görünən və görünməyən hər şeyi Yaradana. Və bir olan Rəbb İsa Məsihə, Tanrının vahid Oğluna, bütün əsrərdən əvvəl Atadan Doğulana. Nurdan Nura, Haqq Tanrıdan Haqq Tanrıya, Doğulana, Yaradılmamışa, Ata ilə bir mahiyyətə malik Olana, hər şey Onun vasitəsilə yarandığına. Biz insanlar və xilasımız üçün göydən enənə, Müqəddəs Ruhdan bədən alana və Bakirə Məryəmdən doğulub İnsanlaşana. Bizim üçün Ponti Pilat zamanında çarmıxa Çəkilənə. Əzab Çəkənə və Basdırılana. Üçüncü gündə Müqəddəs Yazılara uyğun olaraq Dirilənə. Və göyə Çıxana və Atanın sağında Oturana, diriləri və ölüləri mühakimə etmək üçün izzətlə yenidən Gələnə və Onun Padşahlığının sonu olmadığına. Və Müqəddəs Ruha, Rəbbə, həyatverici Olana, Atadan və Oğuldan çıxana, Ata və Oğul ilə birlikdə səcdəyə və izzətə (həmdə) layiq Olana, peyğəmbərlər vasitəsilə söyləyənə. Bir olan, Müqəddəs, Ümumdünya və Həvari Kilsəsinə. Günahlarımın bağışlanması üçün bir vəftizi iqrar edirəm. Ölülərin dirilməsini və gələcək dövrün həyatını gözləyirəm. Amin.
|