21:23 XRISTIAN ƏXLAQI | |
Həyatın dəyəri təlimi digər insanlara qarşı davranışlarımızın təməlini təşkil edir. Müqəddəs Kitaba və Müqəddəs Kitabın ilahi təlimlərinə qulaq asan hər insanın davranışlarının təməlində Allah kəlamının izi açıq görünür. Fiziki həyata İlahi Həyatı əlavə edərək insanı insan edən səviyyəyə çatdırır. Beləliklə həyatın dəyəri məsələsində Müqəddəs Kitab təlimindən öyrəndiklərimizi qısaca belə sıralaya bilərik: 1. Hər insanın Allah tərəfindən yaradıldığını və buna görə də Tanrının önündə çox qiymətli olduğunu yaddan çıxarmamalıyıq. Bu səbəblə Allah qarşısında Allahın qurduğu həyata hörmət etmək və bu həyatı qorumaq üçün hər şeyi etmək kimi bir məsuliyyətin altında olduğumuzu bilməliyik. 2. Qəsdən heç kimə zərər vurmamalı və əziyyət verməməliyik. Çünki belə bir şey etmək ilahi simada yaradılmış insana zərər vurmaq deməkdir. 3. Həyatın dəyərinin Allah tərəfindən yaradılmış olmaqda gizləndiyini, yəni məhz kamil olan Allah yaratdığı üçün belə dəyərli olduğunu yaxşı başa düşməliyik. Varlı yaxud kasıb, zəif və ya güclü hər bir insan Tanrı qarşısında eynidir. Buna görə də varlıya göstərdiyimiz hörmətin eynisini kasıba, güclüyə göstərdiyimiz hörmətin eynisini zəifə də göstərməliyik. Bir cəmiyyətin inkişafı, o cəmiyyətin zəiflərə verdiyi dəyərdə açıq görsənir. Xristian əxlaqının təməlində insanlardan başlayaraq cəmiyyətə qədər yüksələn yaxşılaşdırma gücü var. Bu insanların öz davranışlarını düzəltməsi, ona nəzarət etməsi ilə əlaqəli yox, məhz həqiqi xristianlarda Müqəddəs Ruhun fəaliyyəti ilə əlaqədardır. İnancın təməlində ki xilas müjdəsi alındıqdan və İsa Məsih ilə birlikdə yeni həyata başladıqdan sonra Rəbbin kilsəsində, Məsihin Bədənində kamilləşmə (ruhani böyümə) intensiv şəkildə davam edir. Bu isə hər gün daha çox İsa Məsihə oxşamaq deməkdir. Müqəddəs Ruhdan alınan həyat suyu qaynağı ruhani xilası başqalarına da ötürür. Məhz Məsihlə gələn bu həyat Müqəddəs Ruhun idarəsi ilə birləşdikdə, Müqəddəs Kitabdakı təlimlər insanın həyatına birbaşa təsir göstərir. Xristian əxlaqı dediyimiz həyat tərzi məhz bu nöqtədə real olmağa başlayır. Allahın bütün insanlara olan xilas xəbəri, dəyişmiş insan həyatlarında artıq canlı olaraq yaşanılmaqdadır. Bu həyat həm Müjdənin gücü ilə həm də Kəlamdan qaynaqlanan həyat tərzi ilə dünyaya təsir göstərir. Bu qarşılıqlı gözəl əlaqələrin əsas təməlində Həyata Hörmət Təliminin dayanır. İsa Məsihlə ruhani xilası əldə etmiş Xristian, artıq bütün cəmiyyətə adi insandan daha fərqli baxmağa başlayır. Bütün yaradılış Allahın işi və iradəsidir. Elə buna görə də insana hörmət, həm də onu Yaradana hörmət göstərmək deməkdir. Məhz İsa Məsihə iman etmiş və xilas olmuş, Müqəddəs Kitaba inanan və ona görə həyatına istiqamət verən insanın dünyaya baxış tərzi belə dəyişmişdir. Deməli bu İlahi təlimi mənimsəyən xristianların olduğu cəmiyyətin necə mükəmməl cəmiyyət olacağı heç şübhəsizdir. Çox təəssüfki bu gün bir çox dırnaqarası xristian cəmiyyətlərində bir çox sosial və ruhani problemlər vardır. Bunun tək səbəbi İsa Məsihin həqiqətəndə ürəklərdə olmaması, Müqəddəs Ruhun yeniləşdirici gücünün işləməsinə icazə verilməməsidir. Təbii olaraq Allahın Kitabı ruhani həyatın mənbəyi kimi oxunmur. Bəzən ona sadəcə "müqəddəs yazı”, "müqəddəs peyğəmbərlərin həyatı” və s. kimi yanaşılır. Əslində isə Müqəddəs Kitabda olan hər bir hadisə bizə Allahın iradəsini göstərir və Allahın istədiyi kimi yaşamağı öyrədir. Amin. | |
|
Всего комментариев: 0 | |