Главная » Файлы » QƏDİM VƏZLƏR VƏ MƏKTUBLAR

Sizi quzular kimi göndərirəm
[ Скачать с сервера (12.5 Kb) ] 07.04.2013, 04:54

Məsih, qəzəbə qəzəblə deyil, həlimliklə üstün gəlməyi öyrədir. Quzu kimi olmaq bizim xeyrimizədir, çoxlu qurdun bizi əhatə etməyinə baxmayaraq, onlara qalib gəlməyi bacaracağıq. Ancaq qurd olsaq məğlub olacayıq, çünki Çobanın köməyindən məhrum olacağıq. O, qurdların deyil, quzuların çobanıdır. Ona görə də uzaqlaşacaq və səni tək qoyacaq. Çünki qurd, çobanın mərhəmətinə mane olur.

Sanki Məsih bizə bunu demək istəyir: Sizi qurdlar arasına göndərəndə quzular və göyərçinlər kimi olmağınızı əmr edirəmsə, bundan narahat olmayın. Əksini də deyə bilərdim və bununlada sizi əziyyətdən uzaqlaşdıra bilərdim. Quzular kimi qurdlara yem olmağınıza mane olub, sizi aslanlardan da güclü edə bilərdim. Amma bunun belə olması lazımdır. Çünki bu halda, sizin şanınız artar və Mənim izzətimi görmüş olarsınız. Eyni şeyi Müqəddəs Pavelə də deyirdi: "Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur.” (2-ci Kor. 12:9) Bu qədər itaətkar olmağınızı Mən istəyirəm.

Buna görə də "Sizi quzular kimi göndərirəm” (Lk. 10:3) deyəndə məyus olmamağın lazım olduğunu öyrədir. Çünki itaətkarlıqla hamıya qarşı qalib olacaqlarını yaxşı bilir.

Sonra da şagirdlərinin səmimi davranmalarını istədiyindən, hər şeyin lütfdən qaynaqlandığını və səbəbsiz mükafatlandırılacaqlarını fikirləşməsinlər deyə "ilan kimi ehtiyatlı (ağıllı, tədbirli), göyərçin kimi məsum olun.” (Mt. 10:16) deyə əlavə edir. Amma deyə bilərik : bu qədər təhlükə arasında ehtiyatlı olmağın nə mənası var? Fırtınada çapalayarkən necə tədbirli olaq? Vəhşi heyvanların əhatəsində ki quzunun ağıllı davranmasının nə mənası var? Bir göyərçin nə qədər məsum olursa olsun, quzğunların hücumuna məruz qalandan sonra nə edə bilər? Bəli doğurdandan da heyvanlara bunlar kömək etməz, amma sizə, insanlara çox kömək edəcək.

İndi də necə bir tədbirin lazım olduğuna baxaq. Necə ki, bir ilan başını qorumaq üçün bütün bədənindən əl çəkirsə, sən də inancını qorumaq üçün hər şeydən əl çəkməlisən: sərvətindən, bədənindən hətta həyatından belə...

İnanc baş və kök kimidir. Onu qoruyanda hər şeyini itirsən belə, hər şeyini daha böyük bolluq və bərəkət içində yenidən əldə edirsən. Elə buna görə də, tam sadə və ya tam tədbirli olmağınızı əmr etmir. Fəqət daha böyük bir fəzilətli gücə sahib olmaq üçün bu iki xüsusiyyəti birləşdirir: ölümcül yaralar almamaq üçün ilanın ehtiyatlılığını və təhqirlərə görə intiqam almamaq üçün, qurulmuş tələləri intiqamla uzaqlaşdırmamaq üçün göyərçinin məsumluğunu istəyir. Məsumluq olmasa, tədbirli olmağın faydası yoxdur.

Heç kim bu əmrlərin həyata keçirilməsinin mümkünsüzlüyünü düşünməsin. Məsih hadisələrin reallığını hamıdan yaxşı bilir. Qəzəbin qəzəbə yox, şirindillik, mehribanlıq və mərhəmətə təslim olduğunu bildiyi kimi.

Категория: QƏDİM VƏZLƏR VƏ MƏKTUBLAR | Добавил: Stefan
Просмотров: 412 | Загрузок: 25 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: