Главная » Файлы » QƏDİM VƏZLƏR VƏ MƏKTUBLAR

Müqəddəs Şənbə
[ Скачать с сервера (12.9 Kb) ] 07.04.2013, 05:01

Rəbb İsa Məsih, əsirləri cəhənnəmdən çıxartmaq üçün ölümün dərinliklərinə endin. 

Nə oldu? Bu gün dünyada böyük bir sakitçilik var, böyük bir sakitçilik və tənhalıq. Böyük bir sakitçilik, çünki Padşah yatır və torpaq çaşıb qalıb,səssizlik içindədir. Çünki bədən alan Tanrı yuxuya gedib və əsrlərdən bəri yatanları oyandırmışdır. Tanrı bədəncə ölmüşdü və ölülər diyarını sarsıtmağa enmişdir.

Şübhəsiz ki, itən quzular kimi, ilk atanı axtarmağa gedir. Zülmətdə və ölüm kölgəsində oturanları ziyarət etmək üçün ora enmək istəyir. Tanrı və Oğlu həbsdə olan Adəm və Həvvanı əzablardan xilas etməyə gedir.

Xaçın qələbələr qazanmış silahlarını daşıyaraq, Rəbb yanlarına girdi. İlk ata Adəm, onu görən kimi, çaşqınlıqla sinəsini yumruqlayaraq, hamıya səsləndi və "Rəbbim hərkəslə olsun” deyə bağırdı. Məsih, Adəmə cavab verərək "Və Ruhunla da” dedi. Və əlindən tutaraq onu sarsıtdı və dedi ki "Oyan, sən ki yatmısan, ölülərin arasından diril və Məsih səni nura bürüyəcəkdir. Mən, sənin üçün oğlun olan Tanrınam: indi sənin və səndən qaynaqlanmış olan bunlar üçün səslənirəm və gücümlə həbsdə olanlara əmr edirəm:

Çıxın! Qaranlıqda olanlara: Aydınlanmış olun! Ölənlərə: Dirilin! Sənə də əmr edirəm: Oyan, ey yatmış olan sən! Ölülər diyarında məhbus olmağın üçün yaratmadım səni, diril ölülərin arasından. Mən ölülərin həyatıyam, diril ey əllərimin işi! Ey surətimə oxşar şəkildə yaradılan sən! Diril, çıxaq burdan! Sən, Məndə və Mən səndə həqiqətən də ayrılmaz bir təbitətdəyik. Sənin üçün Tanrın olan Mən, oğlun oldum. Sənin üçün Rəbb olan Mən, xidmətkar təbiətini geyindim. Göylərin üstündə olan Mən, sənin üçün dünyaya və dünyanın altına gəldim. Sənin üçün, insan, insanların zəifliyini paylaşdım, sonra da ölülərin arasında azad oldum. Cənnət bağından çıxmış olan Sənin üçün, bir bağçada xəyanətə məruz qaldım və yəhudilərə təslim edildim və başqa bir baxçada çarmıxa mismarlandım. Sənin üçün, sənə o ilk həyat nəfəsini qaytarmaq üçün, mənə atılan tüpürcəklərin izlərinə üzümdə bax. Sənin məhv olan gözəlliyini, yenidən təsvirimə uyğun yarada bilmək üçün, yanağımdakı yumruqların izinə bax

Çiyinlərini günahlarının yükündən azad etmək üçün dözdüyüm şallaqların belimdəki izinə bax. Bir zamanlar əllərini pis bir şəkildə ağaça uzadan sənin üçün, əlimin içində ki mismar izlərinə bax.Çarmıxda öldüm və nizə ilə deşilən böyrümə bax. Cənnətdə yatar ikən,sənin üçün qabırğandandan Həvvanı yaratmışdım, indi deşilmiş böyrüm qabırğalarının ağrısını azaltdı. Yuxum səni cəhənnəmin yuxusundan xilas edəcəkdir. Nizəm sənə qarşı gələn nizənin qarşısını aldı.  Qalx uzaqlaşaq buradan. Düşmən səni cənnətin torpaqlarından qovdu. Mən isə səni o bağa qoymaram, ancaq Göydəki taxta sakin edərəm.Həyat ağacına əl vurmağın qadağan edilmişdi: ancaq əsl həyat olan Mən sənə kim olduğumu izah edirəm. Xidmətçilər kimi səni qoruyan mələklər yerləşdirdim. İndi isə mələklərin, Tanrı olmasan da Tanrıya yaxın şəkildə sənə təzim etməsini istəmişəm.  Göydə ki taxt hazırdır, daşıyanlar da hazırdır və əmr gözləyirlər, şənlik qurulub, süfrə açılıb, əbədi mənzil yaradılmışdır, ləl-cəvahirat sandıqları açılmışdır. Başqa cür desək, Göylərin padşahlığı əsrlərdən bəri sənin üçün hazırlanmışdır.

Категория: QƏDİM VƏZLƏR VƏ MƏKTUBLAR | Добавил: Stefan
Просмотров: 416 | Загрузок: 23 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: