Главная » Файлы » DİGƏR MƏLUMATLAR

Kilsədə yandırılan ŞAMLAR-ın mənası
[ Скачать с сервера (17.2 Kb) ] 10.04.2013, 20:39

Tanrıya həsr edilən və təqdim edilən şamlar müxtəlif mənaları verir.

1.      İnsanlar, Tanrı ilə aralarında bir əlaqə qurmaq, Köhnə Əhdə görə Tanrının hirsini soyutmaq üçün Ona bir şey vermək istəyərlərdi. Məsələn yandırma qurbanları kəsərlərdi. Beləcə xoş ətirli qurban, Tanrıya yüksələn bir dua kimi olurdu (Məzmur 141 : 2). Yoxsullar isə şərikli aldıqları qurbanı kəsir, piyindən mum düzəldib Tanrıya təqdim edirlərdi. Beləcə şam -  yandırma qurbanının simvolu kimi də qəbul edilir.

2.      Tanrı (ibranicə Yahve, Adonai Elohim), İsrail oğulları çöldə ikən onlara İşıqla yol göstərdi. "Gecə hərəkət etmələri üçün qarşıları ilə  alovdan bir sütün hərəkət edirdi və onlara yol göstərirdi” (Çıxış 13:21-22). Bunu xatırlayaraq bizdə belə dua edə bilərik: "Tanrının işığı həyatımızda parıldasın və bizlərə gecə gündüz yol göstərsin” Şam yandıranda, ilk öncə Tanrının həyatımızda parıldamasını, yollarımızı aydınlatmasını istəyirik. (Əyyub 29 :3)

3.      Dünyanın nuru, peyğəmbərlər tərəfindən əvvəlcədən bildirilən, Tanrının Bədən olan Sözü Məsih İsa həyatımızın işığıdır.  Şamın işığı necə qaranlıqları bölərək aydınlıq gətirirsə, Məsih İsa da həyatımıza aydınlıq gətirən və ona işıq saçan əbədi bir işıqdır. (Məz. 18:28). Biz bu həqiqətin, Beytlehemə enən işığın bir parçasıyıq və vəftiz vasitəsilə bu işığı əks etdiririk.

4.      Şam həm də İsanın başqa bir xüsusiyətini də bizə göstərə bilər. Belə ki İsa bizim saleh sayılmağımız üçün Özünü çarmıxa təqdim etdi. Onun bədəni deşildi, biz isə Onun yaraları ilə şəfa tapdıq. Şam da öz ətrafını işıqlandırır, özü isə əriyir, yəni bir növ özünü qurban verir. Biz İsanın qurbanını şamda xatırlayıb, günahkar arzularımızı çarmıxa çəkib, Tanrıdan yalnız salehlik diləyə bilərik.

5.      Şam həm də həyatı təmsil edir. Alovunun çoxalıb azalması, ruhani həyatımızdakı eniş və yoxuşlara bənzəyir (Sül. Məs. 20:27). Bu eniş , yoxuşlu həyatımız davam edir və  davamlılığı xatırladarcasına şam yanaraq əriyir. Şamın əriməsi kimi, həyatımızda get-gedə tükənir. İnsan neçə yaşında olursa olsun, dünya həyatı bir gün sona çatacaqdır. Ancaq sadəcə İsa Məsihin nuru, dünyadan köçən salehlər üçün əbədi olaraq yol göstərib var olacaqdır. (Əyyub 21:17)
 
Tanrı dualarını eşitsin. Amin+

Категория: DİGƏR MƏLUMATLAR | Добавил: Stefan
Просмотров: 2080 | Загрузок: 27 | Комментарии: 1 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: