Главная » Файлы » DİGƏR MƏLUMATLAR

EFXARİSTİYA NƏDİR ?
[ Скачать с сервера (13.3 Kb) ] 27.05.2013, 11:32

Evxaristiya – kilsə yaranandan bu günə qədər kilsənin əsas ibadət ayini hesab olunur. Bu ayində İsa Məsihin həyatının, ölümünün və dirilməsinin xatirəsi yad edilir. Xristian inancına görə İsa Məsih ölülər arasında ilk dirilən olaraq Allahda yaşayır və beləcə hər an kilsəyə yaxın olur: "Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm” (Müqəddəs İncil. Matta 28 : 20). Bu ayində xristian camaatı toplanaraq İsa Məsihin sözlərində də qeyd olunduğu kimi, İsa Məsihlə birlikdə olduqları qənaətindədirlər: "Harda iki və ya üç nəfər Mənim adımla toplanarsa Mən də onların arasında olacam” (Müqəddəs İncil, Matta 18 : 20). Camaat (yəni kilsə) dua edir və Müqəddəs Kitabdan Allahın Sözünü dinləyirlər. Müqəddəs Yazılara görə İsa Məsih Allahın insan olmuş Sözü olduğu üçün, İsa Məsihlə yaşamaq, Onun məhəbbətində qalmaq da Allahın sözünü dinləmək hesab olunur. Başqa bir tərəfdən əgər haradasa Allahın sözü danışılır və ona əməl edilirsə deməli orda İsa Məsih mövcuddur.

Daha sonra camaat, İncildə  də göstərildiyi kimi İsanın sonuncu axşam yeməyi əsnasında etdiklərini edirlər: İsa çörək və şərab götürərək şükür və təqdis duası etmiş, sonra bölünmüş çörək və şərabla Özünü həvarilərinə hədiyyə etmişdir. İsa, təqdis olunmuş çörək və şərab təqdimində Özünü, insanların günah və pisliklərdən xilası uğrunda qurban olaraq verməkdədir. Xristian camaatı evxaristiya (mənası – təşəkkür etmək) üçün yığışdıqda bu qurbanın xatirəsini qeyd edirlər. Xristianlar iman ilə İsanın aralarında mövcud olduğuna, çörək və şəraba şükür və təqdis duası edildikdə Özünü imanlılara bu təqdimlər vasitəsi ilə hədiyyə etdiyinə inanarlar. Habelə İsa, evxaristiyada iştirak edən və onu qəbul edən insanları Allaha, Atasına sevgi və inam dolu əlaqəyə və bu qurbanda iştiraka daxil etməkdədir. Beləcə ayində iştirak edən, onu günahlarına görə peşman olmuş, müqəddəs yaşamağa çalışan imanlılar qəbul edərkən efxaristiya əsnasında dəyişərək " Məsihin bədəni” ilə birləşirlər.

 Bu ayin əsnasında çörək və şərabda heç bir fiziki dəyişiklik baş vermir və onun görünüş şəkli (latınca "species”) eyni ilə qalır. Ancaq çörək və şərab yeni bir məna və həqiqət məzmununda qəbul edilir : Onlarda, Allahda yaşayan İsa Məsih özünü hədiyyə edir. Çörək və şərabın bu ruhanı tərkibi İsa Məsih tərəfindən verilir və Tanrının özündə əsaslanmışdır. Amma bu Tanrının önündə və Tanrıdan qaynaqlanan çox dərin bir həqiqət olduğu üçün evfaristiyada çörək və şərab ən dərin mənada ruhani dəyişilirlər: Burada ən dərin həqiqət odur ki, İsa Məsihin var olmasını, bizimlə birliyini göstərirlər. Beləliklə Katolik doqmasında çörək və şərabın Transsubstansyonu (yəni bir məvhumdan başqa məvhuma keçməsi) deyəndə nəyin nəzərdə tutulduğunu bilmiş olarıq: Çörək və şərab ən dərin gerçəkliklərində (metafizik "hissələrində” ya da cövhərlərində) dəyişikliyə məruz qalırlar; çünki artıq dünyəvi yemək və içmək olmaqdan çıxaraq, İsa Məsihin dediyi kimi əbədi həyat üçün yeyilən qidaya dönərlər. (Bax : Müq. İncil , Yəhya : 6-cı fəsil)

 Burada bəzi məqamlara diqqət etmək lazımdır. Məs. Bəzi protestant qardaşlarımız katolik doqmasında kı bu məsələni dərin araşdırmayaraq, katoliklərin çörək və şəraba İsa Məsih kimi yanaşdığını və ona itaət etdiyini iddia etməkdədirlər. Burada bir məsələyə diqqət yetirmək lazımdır: fiziki mənada çörək və şərab dəyişmir. Bu səbəblə çörək və şərab yeyilən zaman İsa çeynənmiş olmur, O özünü çörəyin xırda tikələrinə sığışdırmır və çörək bölündüyü zaman o əzab çəkmir. Bu cürə xəyali düşüncələr kilsənin evxaristiya təliminə ziddir, kilsə tərəfindən qəbul edilməzdir.

Категория: DİGƏR MƏLUMATLAR | Добавил: Stefan
Просмотров: 444 | Загрузок: 25 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: