Главная » Файлы » QƏDİM VƏZLƏR VƏ MƏKTUBLAR

Birliyin ahəngi içində
[ Скачать с сервера (13.9 Kb) ] 07.04.2013, 05:03

Sizləri ucaldan İsa Məsihə hər vəziyyətdə şükr etməyiniz lazımdı ki, tək bir itaət hissiylə birləşərək, yəni yepiskop və ruhanilərə bağlı qalaraq hər sahədə və hər cəhətdən müqəddəsləşməyiniz mümkün olsun.

Mən vacib bir insan kimi sizə əmr vermirəm, çünki Xilaskar adına bağlı olsam belə hələ ki İsa Məsihdə kamilliyə nail olmamışam. Hələ ki şagird olmağa başlayıram və sizə eyni təlimi yayan dost kimi müraciət edirəm.Əslində gərək siz məni mübarizəyə hazırlayardınız, mənə inanc, qorxmazlıq, möhkəmlik, səbr aşılayaraq. Ancaq, içimizdəki məhəbbət sizin haqqınızda susmağa icazə vermədiyi üçün, sizdən əvvəl hərəkətə keçib, sizi Allahın planı ilə uyğunluq vəziyyətində yaşamağa dəvət etmək istəyirəm.  

Çünki həyatımız olan və ondan uzaq düşməyi düşünmək belə istəmədiyimiz İsa Məsih, Allahın planıdır. Bütün yerləşmiş, yepiskopların İsa Məsihin görünüşündə yer aldıqları kimi. Bu səbəblə yepiskopun göründüyü kimi itaətkarlıq içində həyat sürməyiniz lazımdır. Onsuz da, etdiyiniz də elə budur. Haqlı bir şöhrətə sahib, Tanrıya layiq ruhaniləriniz, gitaranın simləri kimi bir-biri ilə uyğunluq içindədir. Beləcə, iman birliyi və sevgi ahəngi içində İsa Məsihin tərifini oxuyursunuz. Hər biriniz bir xor təşkil edirsiniz, birliyin ahəngi içində, Tanrı kəlamını mənimsəyərək, tək bir səslə, İsa Məsih vasitəsi ilə Ataya, tərif oxumaq üçün.

O zaman Ata sizə qulaq asacaq və etdiyiniz yaxşı şeylər səbəbi ilə sizi Oğlunun üzvləri olaraq qəbul edəcəkdir. Bu səbəblə Allaha hər zaman şərik olmaq üçün qüsursuz bir birlik qurmağınız çox faydalıdır.

Mən də çox qısa bir zamanda yepiskopunuzla, insani cəhəti olmayan, sadəcə mənəvi cəhətdən bu dərəcədə yaxınlıq edə bildimsə, bəxtiyar ona belə bağlı olan sizlərə. Kilsənin İsaya, İsanın Ataya bağlılığının timsalı kimi bir bağlılıqdır bu, belə ki hər şey birlik içində ahəngdə olur. Heç kim yanılmasın. Hər kim məbədin çölündə qalarsa, özünü Allahın çörəyindən məhrum edər. İki imanlı bir yerdə olduqda, duaları güclü və təsirli olursa, yepiskopla, bütün kilsənin dualarının necə güclü və təsirli olacağı şübhəsizdir.

Категория: QƏDİM VƏZLƏR VƏ MƏKTUBLAR | Добавил: Stefan
Просмотров: 380 | Загрузок: 23 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: